Mesaj Ermənistandan gəldi – Növbədə Zəngəzurdurbackend

Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur

Yaxşı olardı ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi bütün sərhəd boyu tamamlansın. Bir neçə ildən sonra olsun, amma olsun.

KONKRET.az xəbər verir ki, bunu Sünik (Zəngəzur) qubernatoru Robert Qukasyan deyib.

O bildirib ki, uzun müddətdir sərhəddə heç bir gərginlik yoxdur.

Ermənistan parlamentinin sədri Alen Simonyan bundan öncə delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsinin Zəngəzurda olacağını istisna eləməmişdi:

“Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünik (Zəngəzur), yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir”./teleqrafcom

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*