Məşhur ispan aktrisası Marisa Paredes vəfat edib.
KONKRET.az xəbər verir ki, aktrisa 78 yaşında Madriddə dünyasını dəyişib.
Qeyd edək ki, Paredes 14 yaşından aktrisalığa başlayıb. O, bütün karyerası ərzində 75-dən çox filmdə çəkilib. Buraya “Hündürdaban” (1991), “Həyat gözəldir” (1997), “Anam haqqında hər şey” (1999), “Şeytanın bel sümüyü” (2001) və “Yaşadığım dəri” (2011) filmləri daxildir. /Axşam.az