Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakava evlərində ölü tapılıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, onların ölüm səbəbi açıqlanmayıb.
“Buna baxmayaraq, polis zorakılıq əlamətlərinin görünmədiyini deyib”, – deyə nəşr bildirib.
Qeyd olunub ki, cütlüyün sözügedən mənzili ABŞ-ın Nyu-Meksiko ştatının Santa Fe şəhərində yerləşir.
Xatırladaq ki, cütlük 1991-ci ildə ailə həyatı qurub. C.Hekman “Western Unforgiven” filmindəki roluna görə “Oskar” mükafatını qazanıb.