Məşhur bloqer Azərbaycan mətbəxini təriflədi – VİDEObackend

Məşhur bloqer Azərbaycan mətbəxini təriflədi - VİDEO

Livanlı məşhur aşpaz və sosial media fenomeni Abir Əl Saghir bu dəfə Azərbaycanla bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, aşpaz milli mətbəximizdən olan “Şah plov” hazırlayıb.

O, videoya “Sarı gəlin” Azərbaycan xalq mahnısını yerləşdirib. Abir daha sonra plovun hazır versiyasını göstərərək, üzərinə Azərbaycan bayrağı sancıb.

Bloqerin 4,5 milyon izləyicisi olan instaqramında yerləşdirdiyi videoya 69 mindən çox bəyəni gəlib. O, videonu 23,2 milyon izləyicisi olan “TikTok” hesabında da yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*