Məşhur Boqdanoff qardaşlarından biri dünyasını dəyişdibackend

Məşhur Boqdanoff qardaşlarından biri dünyasını dəyişdi

Məşhur əkiz Boqdanoff qardaşlarından biri – Qrişka Boqdanoff 72 yaşında Fransda dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici kanallardan biri məlumat yayıb.

Atası Rusiyada anadan olan Boqdanoff qardaşları 1970-ci illərdə Fransada populyar elmi proqramların aparıcısı kimi tanınmağa başlayıblar. Qrişka və İqor 1949-cu Jer departamentində tatar əsilli rus rəssamı Yuri Mixayloviç Ostasenko-Boqdanov və Mariya Dolores Françiska Kolovrat-Krakovskayanın ailəsində anadan olublar. Qardaşların əsl adları İqor və Qriqoridir.

1979-cu ildə Boqdanofflar ilk elmi-fantastik proqramı “Time X” (Temps X) hazırlayıblar. Onlar həmçinin “Dördüncü Ölçü” (Quatrième Dimension), “Məhkum” (Prisonnier), “İşğalçılar” (Envahisseurs) və s. verilişləri aparıblar.

Onlar çoxsaylı plastik əməliyyatları ilə məşhurdurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*