“Luntik və onun dostları” və “Ura, Barboskinlər” kimi məşhur cizgi filmlərinin rejissoru Qalina Voropay 50 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Kino və Televiziya İnstitutunun Multimedia və animasiya rejissorluğu kafedrası məlumat yayıb.
Voropay “Alyoşa Popoviç və ilan Tuqarin”, “Pişik və tülkü” filmlərinin də yaradılmasında iştirak edib.