backend

Məşhur fast-food şəbəkəsində qalmaqallı GÖRÜNTÜLƏR – Yeməyin içindən bişmiş toyuq başı çıxdı - FOTO

İngiltərədə dünyaca məşhur fast-food şəbəkəsində dəhşətli hadisə baş verib. Restorandan sifariş verən Qabrielle adlı qadın evinə gələn bağlamanı açarkən şok yaşayıb.

KONKRET.az Teleqram kanallarına istinadla xəbər verir ki, evinə yemək sifariş edən qadının qızardılmış qanad gözlədiyi bağlamadan bişmiş toyuq başı çıxıb.

Azərbaycanda da filialları olan dünyaca məşhur fast-food şəbəkəsinin İngiltərənin paytaxtı Londondakı filialındakı qalmaqallı hadisə sosial medianın gündəminə çevrilib.

Attachment

Sosial media platformalarından birində paylaşım edən Qabriella, “Qanad menyumda toyuq başı tapdım. Məni yeməkdən iyrəndirdilər”,- deyə açıqlama verib.

Şirkətin Twitter hesabından verilən açıqlamada isə bu ifadələr yer alıb: “Vəziyyət bizi də şoka salıb. Sadə şəkildə desək, biz əsl toyuq təklif edirik və bununla fəxr edirik, lakin bu hal işin gərginliyindən yaranan diqqətsizlik üzündən baş verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*