Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq karyerasını ABŞ-də davam etdirəcək.
KONKRET.az xəbər verir ki,oyunçu “Nyu-York Red Bulz” klubunda forma geyinəcək.
O, adıçəkilən klubla iki illik müqavilə imzalayıb.
Motinq 2024-cü ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı.
Natiq Səlim,
KONKRET.az