Türkiyənin “Manga” qrupunun solisti Ferman Akgül 10 ildir sevgili olduğu, iki övladının anası danimarkalı Bettina Kupermanla ailə həyatı qurub.
KONKRET.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.
“Uşaqlı və evli. İki ölkə arasındakı sənədlərlə bağlı fərqlilikdən dolayı, orada və yaxud burada, yayda və yaxud qışda, uşaqlar doğulur deyə gözləyək deyə-deyə artıq on il keçib”, – deyə Akgül paylaşımında yazıb.
Nikahda cütlüyün ailə üzvləri, yaxınları iştirak edib.
Qeyd edək ki, “Manga” qrupu 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edib, ikinci pillədə qərarlaşıb.
Посмотреть эту публикацию в Instagram