Məşhur iqtisadçı vəfat etdibackend

Məşhur iqtisadçı vəfat etdi

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, məşhur amerikalı iqtisadçı Robert Solou vəfat edib.

KONKRET.az xəbər verir ki, o, 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində dünyasını dəyişib.

Robert Solou 1924-cü ildə Bruklində anadan olub. O, 1956-cı ildə daha çox neoklassik artım modeli kimi tanınan iqtisadi artım modelini hazırlayıb. İqtisadçı bu modeldən istifadə edərək ABŞ-də adambaşına düşən sənaye istehsalının təxminən 4/5 hissəsinin texnoloji tərəqqinin hesabına olduğunu müəyyən edib.

1987-ci ildə Solou “iqtisadi artım nəzəriyyəsində fundamental tədqiqatlarına görə” Nobel mükafatına layiq görülüb. 2014-cü ildə ABŞ Prezidenti Barak Obama onu Amerikanın iki ən yüksək mükafatından biri – Prezidentin Azadlıq Medalı ilə təltif edib.Modern.az

Məşhur iqtisadçı vəfat etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*