Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tarixdə 200 milyard dollar itirən ilk şəxs olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, son həftələrdə “Tesla” səhmlərinin çökməsi səbəbindən milyarder külli miqdarda pul itirib.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, 51 yaşlı Maskın sərvəti 137 milyard dollara düşüb.
Xatırladaq ki, Maskın sərvəti 4 noyabr 2021-ci ildə 340 milyard dollar olub.
İqbal Rzayev,
KONKRET.az