Məşhur marmeladlarda narkotik AŞKARLANDI – Uşaqlar xəstəxanaya yerləşdirildibackend

Məşhur marmeladlarda narkotik AŞKARLANDI - Uşaqlar xəstəxanaya yerləşdirildi

“Haribo” şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında narkotik maddə – çətənə aşkar edilib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsinin (NVWA) məlumatına görə, 1 kiloqramlıq üç paketdən yemiş bir neçə nəfər, o cümlədən uşaqlar, başgicəllənmə və narahatlıq hissi kimi sağlamlıq şikayətləri ilə üzləşib.

Rəsmi açıqlamaya əsasən, maddənin konfetə necə düşdüyü hələlik məlum deyil. Məsələ ilə bağlı polis araşdırma aparır. Hollandiya polisi şərqdəki Tvente bölgəsində yaşayan bir cütlüyün şikayətindən sonra həmin məhsulu məhkəmə-tibbi ekspertizaya göndərib və nəticədə konfetdə kannabis izləri aşkar olunub.

NVWA və polis bu hadisənin arxasında narkotik qaçaqmalçılarının ola biləcəyini ehtimal edir. Məlumata görə, bəzi hallarda qaçaqmalçılar uşaq şirniyyatlarından örtük kimi istifadə edərək onların içərisinə THC yeridirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*