Məşhur müğənni 25 yaşında dünyasını dəyişdi – FOTObackend

Məşhur müğənni 25 yaşında dünyasını dəyişdi - FOTO

Məşhur müğənni 25 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreyanın ASTRO qrupunun üzvü Munbin Seuldakı evində ölü tapılıb. Məşhur müğənninin 25 yaşı var idi.

Cape pop ulduzunun ölümünün səbəbləri araşdırılır və yarılma aparılacaq. İlkin versiyaya görə, sənətçi intihar edib.

Artıq sosial şəbəkənin Fantagio səsyazma leybl səhifəsində sənətçinin ölümü ilə bağlı rəsmi açıqlama verilib.

Qeyd olunur ki, dəfn mərasimi qohumların xahişi ilə, ailə üzvlərinin və şirkət tərəfdaşlarının dar çevrəsində baş tutacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*