Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbay sosial media hesabında onu təhqir edən şəxsi məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, məhkəmədə müğənninin vəkili onu təhqir edən şəxsə həbs cəzası verilməsini və təzminat ödəməsini tələb edib. Məhkəmə zamanı dindirilən sosial media istifadəçisi ifaçını təhqir etmədiyini ona yazdıqlarının zarafat olduğunu deyib.
Bundan sonra qərar verən hakim ona ayrı-ayrılıqda 1500 və 3 bin 400 lirə pul cəzası kəsib. Sosial mediada Gəncəbayın ünvanına təhqir dolu mesajlar yazan şəxs ona ümumilikdə 4900 lirə (təxminən 1097 manat ) təzminat ödəyəcək.