Məşhur müğənni xəstəxanaya yerləşdirildi – FOTObackend

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Gülben Ergen xəstəxanaya yerləşdirilib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli müğənni Gülben Ergen səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.

İnstaqram hesabından paylaşım edərək səhhətinin yaxşı olduğunu deyən müğənnin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan və oğulları Atlas, Ares və Güneyin onu tək qoymadığı görülüb.

Gülben Ergen paylaşımında “Sağalma yolunda sürətlə irəliləyən bir ananın xəstəxana otağından xəbər verirəm. Təbii ki, həftələrdir ağrıları dərindən hiss edən, yaşayan, görən, içimizə salan, qəbul edən və mübarizə aparan ruh nəhayət bədənimi alt-üst etməyi bacardı… Aprelin 25-də işimin başında olacağam. Yaxşıyam. Bizim ən vacib şəxsi problemimiz isə zəlzələdir”, deyə bildirib.

\

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*