Yazıçı və senarist Aleksandr Kurlyandski dekabrın 21-də. 82 yaşında Moskvada vəfat edib. Yazıçı uzun bir xəstəlikdən sonra dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Aleksandr Kurlyandski bir çox bədii əsərlərlə yanaşı “Möhtəşəm Qoşa”, “Qürurlu Tutuquşunun qayıdışı”, “Küpəgirən” və s. cizgi seriallarının senari müəllifi idi. O, uşaqlar və böyüklər üçün də yumoristik hekayələr yazırdı. Məşhur “Yeralaş” almanaxının bir çox nömrələri onun senarisi əsasında çəkilib. Ümumilikdə, Aleksandr Kurlyandskinin senariləri əsasında 40-dan çox cizgi filmi çəkilib. Təbii ki onlardan ən məşhuru “Nu poqodi!” serialıdır.
KONKRET.az