Məşhur restoranda insident – SAXLANILAN VARbackend

Məşhur restoranda insident – SAXLANILAN VAR

Xırdalan şəhərində yerləşən “Bakı gecələri” restoranında müştəri dava salaraq həmcinsinə xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisəni törədən Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Ş. Hümbətova olub.

İstintaq zamanı onun əvvəllər başqa cinayət törətməsi və şərti azadlıqda olması müəyyən edilib. Məlum olub ki,

33 yaşlı qadın əvvəllər bıçaqlanma cinayəti ilə ittiham edilib.

Bu dəfə isə o, “Bakı gecələri” restoranında müştərilərdən biri ilə dalaşıb.

Həmin gün Ş.Hümbətova restoranda tanışı ilə rəqs edirmiş. Bu zaman Rəvanə adlı digər müştəri zala daxil olub və işıqları yandıtdırıb. Bundan əsəbiləşən Ş.Hümbətova həmin müştəriyə hücum edib. Masanın üstündəki qablardan birini ona ataraq həmcinsini baldırından yaralayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb.

İşə rayon məhkəməsində baxılıb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Şəbnəmə 2 il 6 ay 3 gün həbs cəzası verilib. O, məhkəmə zalında qandallanaraq təcridxanaya aparılıb./News24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*