Məşhur rusiyalı müğənni Leonid Aqutin Rusiyanın Ukraynada başlatdığı müharibə haqqında danışmaq qərarına gəlib. Amma sənətçi qan tökülməsinin günahkarının – Putinin adını çəkməyib və Rusiyanı işğalçı adlandırmayıb.
KONKRET.az xəbər verir ki, musiqiçi çox rasional şəkildə n Rusiya xalqına, nə də Rusiya Federasiyasının Prezidentinə müraciət etmədən tərəfləri dialoqa çağırıb.
“Altı gün qorxu və çaşqınlıq. Altı gün dəhşət və faciə. Allah bilir, mən həmişə öz ölkəmin vətənpərvər olmuşam. Siyasi şüarlar emək fikrində deyiləm. Vəziyyəti təhlil etmək fikrində deyiləm. Bütün bunlar keçmişdə qaldı”, deyə Aqutin vurğulayıb.
O, həmçinin qeyd edib ki, tələb etmir, çünki onun tələbləri “heç kimə lazım deyil”.
“Dua edirəm – müharibəni dayandırın! Razılaşın! Hər yeni gün bizim oğlanların, Ukrayna vətəndaşlarının yeni ölümləri, hər iki tərəfdən milyonlarla parçalanmış talelər, onların ağrıları, inciklikləri, qorxuları və alçaldılması deməkdir. Siyasi mübarizə üçün başqa yol tapmaq lazımdır. Böyük oyunların bütün iştirakçılarının ambisiyaları özünü tükətdi!”
Qeyd edək ki, bundan əvvəl Mixael Şçur kimi tanınan jurnalist Roman Vintoniv hərbi formada və əlində pulemyotla Ukraynaya qarşı döyüşən ruslara müraciət yazıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az