Məşhur türk serialının aktrisası iflic oldu – VİDEObackend

Məşhur türk serialının aktrisası iflic oldu - VİDEO

Türkiyənin ATV kanalında yayımlanan reytinqli “Eşkıya dünyaya hükümdar olmaz”da baş obraz Hızırın anası Hayriyə Çakırbəylini canlandıran aktrisa Sabina Toziya serialdan gedib.

KONKRET.az xəbər verir ki, buna səbəb aktrisanın Makedoniyadan qayıdarkən anidən vəziyyətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsidir.

Bildirilib ki, beynində şiş tapılan Toziya Makedoniyanın Səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub.

10 saat davam edən əməliyyatdan sonra 71 yaşlı aktrisanın sağ tərəfi iflic olub. Onun vəziyyətinin nə vaxt yaxşılaşacağı barədə dəqiq məlumat verilməyib. Buna görə də, serialın ssenarisində dəyişikliklər edilib. Belə ki, aktrisa üçün cənazə səhnəsi yazılaraq ekranlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*