Çinin e-ticarət nəhəngi “Alibaba Group Holding Ltd” 1 milyard dollardan çox sərmayə ilə İstanbul Hava Limanında logistika mərkəzi və paytaxt Ankara yaxınlığında məlumat mərkəzi qurmağı planlaşdırır.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Maykl Evans deyib.
O, şirkətin Avropa və Yaxın Şərqə sərmayə qoymağı planlaşdırdığını və Türkiyəni çox güclü istehsal bazası kimi gördüyünü bildirib.
“İstanbul Hava Limanında ciddi investisiya planımız var. Biz bura 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırırıq”, – o deyib.
Evans qeyd edib ki, Türkiyənin ən məşhur e-ticarət platformalarından biri olan “Trendyol” “Alibaba” tərəfindən dəstəklənir.
“Trendyol“u seçməyimizin səbəbi onun texnologiyasının ən qabaqcıl olması və potensialının böyük olması idi. Biz buranı Avropa və Yaxın Şərq üçün baza kimi yaradırıq”, – Evans əlavə edib.
İqbal Rzayev,
KONKRET.az