Məşhur top model təyyarə qəzasında öldü – FOTOLARbackend

Məşhur top model təyyarə qəzasında öldü - FOTOLAR

Pakistanın ən yaxşı modeli Zara Abid Karaçi şəhərində baş verən təyyarə qəzasında ölüb. Faciə mayın 22-də baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ABP News nəşri yazıb.

Abidin yaxınları onun sağ olduğuna ümid edirdilər.

Təyyarə nasazlıq üzündən qəzaya uğrayıb. Pilotlar təyyarəni bir neçə dəfə yerə endirməyə çalışsalar da, şassi açılmayıb.

Təyyarə hava limanı yaxınlığında yaşayış binalarına çırpılıb. Gəminin göyərtəsində model Zara Abid də daxil olmaqla 100-dən çox sərnişin olub.

 

Xilasedicilər təyyarənin dağıntıları altından iki nəfəri xilas edə biliblər. Buna görə Zaranın yaxınları müsbət nəticəyə ümid edirdilər.

Dizayner Xədicə Şah moda sənayesinin “ən istedadlı və perspektivli modellərdən birini itirdiyini” qeyd edib.

Təəssüf ki, qızın İnstagram hesabında yayımladığı son şəkil təyyarənin göyərtəsindəki bir şəkildir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*