Xarici görünüşündəki dəyişikliklərlə tez-tez gündəmə gələn türk müğənnisi Məhərrəm Aydın son halıyla bu dəfə də pərəstişkarlarını təəccübləndirə bilib.
KONKRET.az xəbər verir ki, 2023-cü ildə mədəkiçiltmə əməliyyatı etdirəcəyini deyən müğənni sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə diqqət çəkib.
“Bəli, zəifləmişəm, amma hələ yolun yarısındayam” deyən 57 yaşlı sənətçi gənc görünməsi üçün mədəsini kiçildərək arıqlamaq istədiyini dilə gətirib:
“Çoxları estetiklərin qapısında yatdığımı zənn etsələr də, bu, belə deyil. Bir dəfə plastik əməliyyat etdirdim, problem yaşadım. İndi mədəmi kiçildərək arıqlamalıyam”.
Qeyd edək ki, müğənninin əməliyyatdan sonrakı görkəmi izləyicilərinin böyük marağına səbəb olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az