Məşhur yazıçı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildibackend

Məşhur yazıçı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Məşhur tacik yazıçısı Muhiddin Xocazod sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı Asiya-Plus nəşri jurnalist Dodohoni Egamzoda istinadən yayıb.

Mənbə bildirir ki, o, Xudjandakı 1 nömrəli şəhər xəstəxanasındadır və ventilyatora qoşulub.

“Təəssüf ki, sevimli yazıçımız Muhiddin Xocazod bir neçə gün əvvəl sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Oğlu da bu xəstəxanadadır və hərarəti var. Onlara baş çəkmək istədik, amma nəticə vermədi ” deyib Egamzod.

Xəstəxana həkimlərinin dediyinə görə, ventilyatora qoşulduqdan sonra yazıçının vəziyyəti yaxşılaşıb.

Tacikistanın 82 yaşlı Xalq Yazıçısı Muhiddin Xocazod bir çox kitabların müəllifidir.

                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*