Məşhur zavodun 6 milyon manat borcu varbackend

Məşhur zavodun 6 milyon manat borcu var

“Azərboru” Açıq Səhimdar Cəmiyyətinin dövlətə milyonlarla vergi borcu var.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “Azərboru” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 877 min 546 manat 74 qəpik vergi borcunu ödəmir.

Balansındakı əmlakın ümumi dəyəri 9 milyon 300 min manat dəyərləndirilən ASC-nin qanuni təmsilçisi Heydərov Əliağa Südeyf oğludur. O, qanuni təmsilçi kimi 27.02.2023-cü ildə reysterdən keçirilib.

İllərdir sözügedən zavod zərərlə işləyib. Hətta ASC-nin banklara da külli miqdarda borcu yaranıb.

Qeyd edək ki, “Azərboru” ASC Sumqayıt şəhərinin girişində, təxminən, 168 hektar ərazidə yerləşir. 1949-cu ildən istismara verilən və vaxtilə 12500 nəfər işçinin çalışdığı bu zavod keçmiş Sovet məkanında metallurgiya sahəsində boru istehsalı gücünə görə iki nəhəng zavoddan biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*