Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi – VİDEObackend

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - VİDEO

“Gəzi Parkı” hadisələri ilə bağlı həbs olunan menecer Ayşe Barım bu gün ilk dəfə hakim qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, prodüserin şirkəti ilə əməkdaşlıq edən Serenay Sarıkaya, Merve Dizdar, Hande Erçel, Halit Ergenç, Bergüzar Korel, Metin Akdülger, Zerrin Tekindor, Ezgi Mola, Selma Ergeç, Hakan Kurtaş, Birce Akalay kimi məşhurlar onu dəstəkləmək üçün məhkəməyə axın edib.

A. Barımın hədsiz arıqladığını görən H. Erçellə S. Sarıkaya göz yaşlarını saxlaya bilməyib.

A.Barımın ürəyində və beynində ümumilikdə 9 fərqli ciddi xəstəliyinin olduğu, həbsxanada həyatı üçün təhlükə yaradan sağlamlıq problemləri ilə mübarizə apardığı bildirilib. O, son 6 ayda səhhətindəki problemlərə görə həbsxanada bir neçə dəfə huşunu itirib.

Prodüserin vəkilləri onun “qəfil ölüm riski” səbəbilə azadlığa buraxılmasını istəyib. Lakin məhkəmə bu tələbi rədd edib.

Məhkəmə A.Barımı lazımi analizlər üçün Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına sövq edib. Hesabatda Barımın həbsxanada qalmasının birbaşa onun həyatını təhlükə altına aldığı ortaya çıxıb.

A.Barıma 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilib.

Qeyd edək ki, menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. Bu ilin yanvar ayında “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*