Məşhurlar Qəzzada atəşkəs üçün çağırış videosu yaydılarbackend

Məşhurlar Qəzzada atəşkəs üçün çağırış videosu yaydılar

Billi Ayliş, Killian Mörfi, Xoakin Feniks və digər məşhurlar birlikdə “Fələstin üçün birlikdə” adlı video yayımlayıblar.

KONKRET.az xəbər verir ki, video Qəzza zolağında dərhal atəşkəs tələb olunması ilə əlaqədar hazırlanıb.

Sənətçilər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirib və mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulayıblar. Onlar zorakılığa son qoymaq və zərər çəkmiş əhaliyə humanitar yardım göstərmək üçün beynəlxalq səylər göstərmək üçün çağırış ediblər.

Təşəbbüs sosial şəbəkələrdə və mediada geniş diqqət çəkərək qlobal auditoriyanı münaqişəyə cəlb edib.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*