“Güzəştlər indi başlamadı. Ermənilər 19-cu əsrin sonlarından güzəştə getdilər. İlk böyük güzəşt səkkiz əsr bundan əvvəl, biz dövlətçiliyi itirdiyimiz vaxt baş verdi, lakin əsl güzəştlər 19-cu əsrin sonlarından başladı. Beləliklə, biz Qərbi Ermənistanı və Şərqi Ermənistanın çox hissəsini verdik. İndi biz Şərqi Ermənistanın qalıqlarından imtina edirik, 2023-cü ildə “Artsax”ın (Qondarma qurumu nəzərdə tutur -red) süqutu bunun bariz nümunəsidir. Ümumiyyətlə, hər şeyi itiririk. Söhbət təkcə ərazi deyil, həm də mənəvi, intellektual və bütün digər sahələrdə güzəştlərdən gedir. Bunun yerlərdə ərazilərin güzəştə verilməsində təcəssümü təbiidir”.
KONKRET.az xəbər verir ki, bu barədə idarəetmə üzrə erməni ekspert Harutyun Mesrobyan sərsəm çıxışlar edib.
Ümumiyyətlə, revanşist, qeyri-real düşünən belə ermənilər az deyil. Mesrobyan da bunlardan biridir. Onun bəzi axmaq fikirlərini nəzərinizə çatdırırıq:
“1907-ci ildə Gənc Türklər Parisdə konfrans keçirəndə ermənilər onları dəstəkləyən və qoruyan qüvvələrdən biri idi. 1908-ci ildə onlar hakimiyyətə gəldilər, bir çox ermənilər də onları dəstəklədi. Axı onlar Qərbdə təhsil almış insanlar idi. 1909-cu ildə Adana qırğını baş verdi, cavab yarımçıq qaldı və 6 ildən sonra “Soyqırım” başladı.
Belə çıxır ki, fiziki olaraq yox olana qədər təslim olacağıq. Bizim dövlətimiz olmadığı üçün soyqırımı yaşadığımız çox adi haldır, amma formal hissədən maddi hissəyə keçmək lazımdır. Necə oldu ki, Ani şəhərini itirdik, çünki bizim dövlətimiz yox idi. Daha dərinə gedək: 3-4-cü əsrlərdə dövlətlərimiz olub, amma biz bu dövlətlərdən məhrum olmuşuq. Dövlətin olmaması, bəli, ciddi amildir, amma həlledici deyil. Osmanlı İmperiyasında və ondan əvvəl Bizansda ermənilər bütün arenalarda müxtəlif əhəmiyyətli rola malik idilər. Necə oldu ki, Osmanlı İmperiyasında ermənilərin bütün sahələrdə, o cümlədən hərbi sahədə rolu çox böyük olub. Görünür, bizim ziyalılarımız soyqırımı üçün darıxıb. Ən pisi odur ki, biz başqalarını günahlandırırıq. Bu, səhv yanaşmadır. Əslində, biz özümüz günahkarıq.
Bu gün də ermənilər arasında ruslar, türklər, fransızlar və amerikalıların böyük fanat qrupları var, onlara qarşı da qruplar var, amma sağlam özünütənqid demək olar ki, eşidilmir. Siyasi sahədə müxtəlif simalar, xüsusən də müxalifət ilk növbədə öz səhvlərinin etiraf etmir, daha çox özünütənqid səsləndirilmir. Bu isə nəticədə millətə qarşı edilən səhvlərlə müşahidə edilir. Nə qədər ki, belə olacaq, o qədər də xalqımızın yaraları sızıldayacaq və bununla da getdikcə öz qəbrimizi qazmalı olacağıq.
Gəlin 1918-20-ci illərdə Birinci Respublikanın kursunu götürək. Lenti on dəfə tez çevirək və üçüncü respublikanın taleyini lazımi mərhələlərdə görəcəyik. Qələbə ilə başlayıb, bizim üçün məğlubiyyətlə bitdi. Hətta epizodlar uyğun gəlir. Türkiyə 1920-ci ilin sentyabrında, Azərbaycan isə 2020-ci ilin sentyabrında müharibə elan edib. Hətta bu müqayisələr belə üst-üstə düşür. 1908-ci ildə bir çox erməni gənc türklərə həvəslə yanaşdı ki, nəhayət qəddar, əyalətçi, şərq psixologiyasına malik Əbdülhəmidin yerinə liberal, demokratik dəyərlər daşıyan bir qüvvə olaraq gənc türklər gəldi. Yüz il sonra, 2008-ci ildə ilk çevriliş cəhdi edildi, daha on il sonra isə çevriliş uğurlu oldu”, – deyə Harutyun Mesrobyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az