Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəlib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Messi İspan klubu ilə müqaviləsinin 2021-də bitəcəyinə baxmayaraq, bu il klubdan ayrılmaq istəyini rəhbərliyə bildirib.
Messinin Barselona ilə yollarını ayırmaq qərarını “Bavariya”ya böyük hesablı məğlubiyyətdən sonra aldığı deyilsə də, daha əvvəl COPE radiosu kapitanın rəhbərlik dəyişməsə, klubdan ayrılacağını açıqlamışdı.
İngiltərə mətbuatı isə “Mançester Siti”nin Messinin transferi üçün hazırlıq gördüyünü yazır.