Messi karyerasında 700-cü qolunu vurdubackend

Messi karyerasında 700-cü qolunu vurdu

Argentinanın “Barselona” klubunun hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub. Forvard İspaniya çempionatının 33-cü turunda Madrid “Atletiko”su ilə oyunda 11 metrlik zərbəni reallaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı klub 30 iyun çərşənbə axşamı Twitter səhifəsində yayıb.

Bildirilir ki, hücumçu İspaniya çempionatının 33-cü turunda “Atletiko Madrid ” ilə matçda 11 metrlik zərbəni həyata keçirib.

Beləliklə, 33 yaşlı futbolçu karyerasında 700-cü qolunu vurub. Argentinalı “Barselona” üçün 630, Argentina millisi üçün isə 70 qol reallaşdırıb.

Cari mövsümdə Messi LaLigada 27 oyunda 22 qol vurub və 17 asist edib. Onun üçün 91 qolla rekord 2012-ci ildə qeydə alınıb. Bu göstərici Pelenin 75 qolunu üstələyib. Klubun saytı belə yazır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*