Messi kollektiv məşqlərə qoşuldubackend

Messi kollektiv məşqlərə qoşuldu

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb.

KONKRET.az-ın Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabına istinadən məlumatına görə, artıq argentinalı hücumçu kollektiv məşqlərdə iştirak edir. Fərdi məşqlərə isə o, sentyabrın 7-də start vermişdi.

Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Messinin İngiltərənin “Mançester Siti” klubu ilə anlaşdığını yazmışdı. O, 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*