Messi MLS-də ilk oyununa çıxdıbackend

Messi MLS-də ilk oyununa çıxdı

ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edib.

KONKRET.az xəbər verir ki, futbolçu oyunun 60-cı dəqiqəsində meydana çıxıb.

“İnter Mayami”də səkkiz oyundan sonra Messi on qol vurub və üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.

“İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.

Messi 7 qat “Qızıl top”un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibidir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*