Məsut Özil ABŞ klubuna keçə bilərbackend

Məsut Özil ABŞ klubuna keçə bilər

“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özilin Türkiyə karyerası qısa çəkə bilər.

KONKRET.az xəbər verir ki, İstanbul təmsilçisinə ilin əvvəlində keçən Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.

Çünki MLS-də iştirak edən klublar onun xidmətində maraqlıdır. Konkret olaraq “Nyu York Red Bull” və “İnter Mayami” 33 yaşlı pleymeykeri heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, Özilin “Fənərbaxça” ilə 3 illik müqaviləsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*