“Meta” 11 mindən çox işçisini İXTİSAR ETDİbackend

“Meta” 11 mindən çox işçisini İXTİSAR ETDİ

“Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən məlumat yayıb.

“Bu gün sizə “Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim”, – Zukerberq deyib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*