“Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldıbackend

“Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldı

Mərkəzi Bank “Meta-Kapital” MMC-nin lisenziyanın dayandırılması barədə məlumat yayıb.

KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb. Toyu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*