Meteoroloji həssas olan insanların NƏZƏRİNƏ: Hansı risklər var və necə qorunmaq olar?backend

Meteoroloji həssas olan insanların NƏZƏRİNƏ: Hansı risklər var və necə qorunmaq olar?

Son illərdə tibbi-meteoroloji xəbərdarlıqların sayının artması bir çoxlarını düşündürür. Mütəxəssislər hesab edirlər ki, bu hal iqlim dəyişikliyi və atmosferdə baş verən dəyişikliklərlə birbaşa bağlıdır. Bəs, bu xəbərdarlıqların sayı niyə artıb?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, meteoroloji faktorların insan orqanizminə təsiri kifayət qədər yüksəkdir:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Atmosfer təzyiqinin tez-tez dəyişməsi, havanın nəmliyində və ya quruluğunda yaranan uyğunsuzluqlar insan həyatına ciddi təsir edir. Şimal ölkələrində soyuq və yüksək təzyiqə alışan insanların birdən-birə isti və aşağı təzyiqli iqlimə düşməsi orqanizmə ağır təsir göstərir. Belə hallar xüsusilə yaşlı insanlarda daha təhlükəlidir və hətta həyat itkisinə səbəb olur. Gənclərdə adaptasiya qabiliyyəti daha yüksək olduğundan onlar dəyişikliklərə müəyyən qədər uyğunlaşa bilirlər”.

Həkimin sözlərinə görə, meteoroloji hadisələr yalnız təzyiq və hava şəraitinə təsirlə məhdudlaşmır:

“Atmosferin çirklənməsi, ozon qatının deşilməsi və genişlənməsi də sağlamlıq üçün risk yaradır. Ultra-bənövşəyi şüalar dərini, gözləri və bədənin digər nahiyələrini zədələyərək müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ən çox təsir göstərən amillər isə atmosfer təzyiqi, havanın quruluğu və nəmliyindəki dəyişikliklərdir. İnsanlar daima eyni iqlimə uyğunlaşdıqları üçün kəskin dəyişikliklərə birdən-birə tab gətirməkdə çətinlik çəkirlər”.

Beləliklə, ekspertlər bildirirlər ki, tibbi-meteoroloji xəbərdarlıqların çoxalması təsadüfi deyil , bu, həm iqlim dəyişikliyinin, həm də atmosferdəki qeyri-adi proseslərin nəticəsidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*