Metroda doğulan körpəyə hansı ad qoyulacağı bilindibackend

Metroda doğulan körpəyə hansı ad qoyulacağı bilindi

“Gəlinimi səhər tezdən həkim müayinəsinə aparırdım. Hadisə gözlənilməz oldu”.

KONKRET.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında metronun “20 Yanvar” stansiyasında dünyaya gələn uşağın nənəsi Sevil Məhərrəmova deyib.

O qeyd edib ki, metroda təxminən altı dəqiqəlik yol qalmışdı ki, qəfildən gəlinində ağrılar yaranıb:

“Hamı kömək elədi – mağazada işləyənlər, metro işçiləri, sərnişinlər və sair. Allah hamısından razı olsun”.

Nənə bildirib ki, bu, gəlininin ikinci hamiləliyidir:

“Kimisi su gətirdi, kimisi paltar, kimisi dəsmal verirdi. Doğuş prosesi metroda baş verdi, hər şey nəzarət altında idi.

Adını Cəsur qoymağı düşünürük. İndi əsas odur ki, hər ikisi də sağ-salamatdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*