Metroda qatarlararası intervallar belə azaldılacaqbackend

Metroda qatarlararası intervallar belə azaldılacaq

Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri Qırmızı xətt ilə Yaşıl xəttin birləşdiyi Cəfər Cabbarlı və 28 May stansiyalarında xətlərin ayrılmasıdır.

KONKRET.az xəbər verir ki bunu bu gün “20 Yanvar” metrostansiyasında jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

“İlkin planımıza əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını ayırmaq nəzərdə tutulur. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər davam edəcək, “İçərişəhər” stansiyasından yola düşən qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcək. Bununla intervalları qismən azaldacağıq”, – deyə o bildirib.

Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, “Nərimanov” deposunun xidmət göstərdiyini vurğulayan Vüsal Aslanov “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırıldığını qeyd edib.

“Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri “İçərişəhər” və “Xətai” stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar.

Metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir. Yeni nəsil vaqonlardan istifadə edirik və bu vaqonların enerji sərfiyyatı köhnə nəsil vaqonlardan daha çoxdur. Bu həllər növbəli qaydada idarə olunacaq. Yaxın gələcəkdə bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən azalmaları hiss edəcəyik. Bu tədbirlər bütövlükdə bir il yarım, iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə qədər azalda biləcəyik”,- deyə sədr bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*