Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587,1 min. olub, bu da illik müqayisədə 1,9% azalma deməkdir.
Bu barədə KONKRET.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103,4 min sərnişin istifadə edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.