MetroPOLL Araşdırma Şirkəti 2022-ci ilin mart ayı sorğusu çərçivəsində Türkiyədə daha çox təqdir olunan sənətçilərin siyahısını dərc edib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, 28 vilayətdən 1535 nəfər arasında aparılan sorğu nəticəsində Türkiyənin ən çox bəyənilən sənətçiləri müəyyən edilib.
Nəticələr belədir:
1. Haluk Levent – 78,9%
2. Tarkan – 60,7%
3. Sezen Aksu – 58,2%
4. Cem Yılmaz – 56,3%
5. Şahan Gökbakar – 50,6%
MetroPOLL Research-in qurucusu Özer Şencar nəticələri Twitter-də paylaşaraq, ən yüksək dəyərin 79% ilə Haluk Leventə məxsus olduğunu bildirib.
İqbal Rzayev,
KONKRET.az