Maraqlıdır ki, vətəndaş şəxsi skuteri və ya velosipedi ilə ictimai nəqliyyatdan istifadə edə bilərmi?
KONKRET.az xəbər verir ki,baku.ws-nin “qaynar xətti”nə daxil olan məlumata görə, belə vasitələrlə ictimai nəqliyyatdan istifadədə bəzi çətinliklər yaranır.
“Mən özümə şəxsi istifadə üçün elektrikli skuter almışam. Lakin nə şəhərlərarası qatar, nə avtobus, nə də metroya qatlanmış vəziyyətdə buraxmırlar”, – deyə şikayətçi bildirib.
Biz də skuter və velosiped kimi yüklərdən yola çıxaraq Bakı Metropoliteninə sorğu ünvanladıq. Qurumun sözçüsü Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirdi ki, Bakı Metropoliteninin istifadə qaydaları Nazirlər Kabineti təsdiqi ilə qüvvəyə minmiş sənəddir.
Burada sərnişinlərin Bakı Metropolitenində vəzifələri və qadağalar yer alır. Beşinci maddəsində metroda daşınan yüklərin ölçüləri ilə bağlı məsələ var. Ünumi götürdükdə yükün uzunluğu 220 santimetrə qədər ola bilər. Uzunluq, en, hündürlük ölçülərinin cəmi 200 santimetrdən yuxarı olmamalıdır:
“Bu halda sərnişin yükünü metropolitenə keçirə bilər. Velosipedlə bağlı 9-cu bəndində göstərilir ki, örtüyü olmayan velosipedin metropolitenə gətirilməsi qadağandır. Buna səbəb, bükülməmiş, bərkidilməmiş, yuxarıda qeyd edilən ölçülərdən uzun olan, örtüksüz əşya (velosiped, skuter) metroya daşınırsa onların metroda istifadəsi qadağandır. Belə yüklərin hər biri bükülməlidir. Əks halda metroya daxil etmək qadağandır.