Meyxanaçını ziyarətə gedən şairəni içəri buraxmadılar – VİDEObackend

Meyxanaçını ziyarətə gedən şairəni içəri buraxmadılar - VİDEO

Meyxana ifaçısı Ağakərimin ailəsi şairə Nazilə Səfərliyə hörmətsizlik edib.

KONKRET.az xəbər verir ki, Nazilə Səfərli uzun illərdir xəstə yatan meyxana ifaçısına baş çəkməyə gedib, amma üzünə qapı açan olmayıb.
“İşıqları yanır. Onu ziyarət etməyə getmişdim. İnsanlar evdədir, amma xəstə ziyarətini qəbul etmirlər. Burdan aydın olur ki, Ağakərimə layiqli diqqət ayrılmır, yatağı, yorğanı yerində deyil ki, bu səbəbdən qapını aça bilmirlər. Ya da bu ailənin üzvləri dərk eləmir ki, bu evdə kim yaşayır. Mən Kərimlə ömründə bir dəfə də çörək kəsməmişəm, amma elimin sənətkarıdır deyə ona baş çəkməyə, qapısına gedirəm. Belə edirsiniz ki, xəstəniz əziyyət çəkir”, – şairə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*