“Bu gün seçicilər seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edə bilərlər”.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
MSK sədri seçiciləri seçkilərdə aktiv olmağa da çağırıb: “Mən seçiciləri seçkilərdə aktiv olmağa çağırıram. İndiyə qədər qeydiyyatla bağlı MSK-ya müraciət daxil olmayıb”.