Microsoft bütün pərakəndə mağazalarını bağlayacaqbackend

Microsoft bütün pərakəndə mağazalarını bağlayacaq

ABŞ-ın texnologiya nəhəngi Microsoft pərakəndə satışa yeni yanaşmanın bir hissəsi olaraq bütün offline mağazalarını bağlamağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı korporasiyanın mətbuat xidməti yayıb.

“Satışlarımız onlaynda böyüdü … İstedadlı komandamız fiziki mağazalar xaricində müştərilərə xidmət göstərməkdə müvəffəq oldu” deyib “Microsoft”un vitse-prezidenti David Porter.

Microsoft Microsoft.com saytının və Xbox mağazalarındakı rəqəmsal dükanlarına sərmayə qoyacaq. Şirkət, həmçinin Microsoft korporativ mərkəzlərinin pərakəndə satış şöbələrində xidmətlər göstərəcəkdir.

Daha əvvəl “Microsoft” redaktorlarını alqoritmlərlə əvəz edəcəyini bildirilmişdi. Korporasiya bu prosesin koronavirus pandemiyasının nəticələri ilə əlaqəli olmadığını aydınlaşdırıb.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*