“Microsoft”dan texniki nasazlıqla bağlı AÇIQLAMAbackend

"Microsoft"dan texniki nasazlıqla bağlı AÇIQLAMA

“Microsoft”un 365 tətbiq və xidmətlərinə girişdə fasilələr olub, lakin müvafiq tədbirlər görüləndən sonra xidmətlərə çıxış yaxşılaşıb”.

KONKRET.az xəbər verir ki, bu barədə açıqlamanı “Microsoft” mərkəzi ofisindən veriblər.

Açıqlamada daha sonra deyilir: “Mövcud problem bütün istifadəçilərə təsir edib. “Microsoft Defender”, “Microsoft Teams”, “Microsoft Purview” və “OneDrive” dayanan proqramlardan olub.

Problemin əsas səbəbi Azure bulud sistemində konfiqurasiya dəyişikliyi səbəbindən saxlama və hesablama resursları arasında fasilə olub”.

Qeyd edək ki, “Microsoft”u kibertəhlükəsizlik proqram təminatı ilə təmin edən “CrowdStrike” sistemlərində yaranan nasazlıqdan sonra bütün dünyada biznesə təsir edən böyük fasilə yaranıb.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*