Microsoft şirkəti TikTok-un alınması ilə bağlı danışıqları bu vaxtadək başa çatdıracaqbackend

Microsoft şirkəti TikTok-un alınması ilə bağlı danışıqları bu vaxtadək başa çatdıracaq

Microsoft-a görə, məşhur TikTok tətbiqinin alınması ilə əlaqədar Çinin ByteDance şirkəti ilə danışıqlar yaxın həftələrdə başlayacaq və sentyabrın 15-dən gec olmayaraq başa çatdıracaq.

KONKRET.az xəbər verir ki, digər ABŞ şirkətləri də əməliyyatda minoritar səhmdar kimi iştirak edə bilərlər.

“Microsoft-un baş direktoru Satya Nadella ilə prezident Donald Tramp arasında olan söhbətdən sonra Microsoft, ABŞ-da TikTokun satın alınması ilə bağlı müzakirələri davam etdirməyə hazırdır… Microsoft bir neçə həftə ərzində TikTok-un ana şirkəti olan ByteDance ilə danışıqlara tez bir zamanda başlayacaq və hər halda bu danışıqları 15 sentyabr 2020 tarixindən gec olmayaraq tamamlayacaq. Bu müddət ərzində Microsoft ABŞ hökuməti və prezidentlə dialoqun davam etməsini gözləyir” deyə şirkətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, Microsoft TikTok-u “tam təhlükəsizlik təhlili və ABŞ-a uyğun iqtisadi fayda” altında əldə etmək niyyətindədir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*