MİDA adından istifadə edənlər ifşa olundu – DTX-dən əməliyyatbackend

MİDA adından istifadə edənlər ifşa olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Kənan Urfan oğlu Şərifov barəsində həbs qətimkan tədbiri seçib.

KONKRET.az xəbər verir ki, Kənan Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə MİDA adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*