MİDA-nın evləri yenə saniyələr içində satıldıbackend

MİDA-nın evləri yenə saniyələr içində satıldı

Bu gün MİDA-da onlayn şəkildə satışa çıxarılan evlər 1 saniyə ərzində alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış bloqer, IT üzrə mütəxəssis Fərid Pərdəşünas “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, qurum tərəfindən evlərin xüsusi proqramlarla alışının qarşısının alınması üçün ekranda göstərilən təhlükəsizlik tədbirlərinin sındırılması nəticəsində evlərin satışı 1 saniyə ərzində bitib.

Xatırladaq ki, MİDA ilə bağlı problem dəfələrlə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilsə də, qurumun bununla bağlı gördüyü təhlükəsizlik tədbirləri yetərincə olmayıb. Sosial şəbəkə istifadəçiləri evlərin haqsız rəqabət şəklində alındığını qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*