Mikayıl İsmayılovun oğlunu ittiham edən keçmiş sevgilisi saxlanıldıbackend

Mikayıl İsmayılovun oğlunu ittiham edən keçmiş sevgilisi saxlanıldı

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən keçmiş sevgilisi Fidan Abbasova hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.

Sayt yazır ki, Fidan Abbasova mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənib.

Fidan Abbasova açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib.

Bildirib ki, bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib.

Onun sözlərinə görə, vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*