“Milli hökumətimiz olsaydı, Tiflisdə “Qərbi Azərbaycana qayıdış” forumu keçirilməzdi”backend

"Milli hökumətimiz olsaydı, Tiflisdə “Qərbi Azərbaycana qayıdış” forumu keçirilməzdi"

“Azərbaycan Ermənistan ərazisinə qarşı öz “hüquqlarını” və ambisiyalarını ən yüksək və ən müxtəlif səviyyələrdə və formatlarda qanuniləşdirməyə davam edir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Varuzan Geqamyan yazıb:

“Qərbi Azərbaycan” adlı proqramla Rəsmi Bakı öz məqsədlərinə doğru gedir. Məsələn, Azərbaycan Gürcüstanın paytaxtı Tiflisdə “Qərbi Azərbaycan” mövzusunda forum və sərgi təşkil edib, hətta bununla bağlı müraciət də qəbul edib. Forumun adı da çox mənalıdır: “Beynəlxalq səviyyədə Qərbi Azərbaycana qayıdış”.

Əgər bizim milli hökumətimiz olsaydı, Ermənistan diplomatik kanallarla Gürcüstanı hələ forum keçirilməmiş belə bir şeyə yol verməməyə məcbur edərdi”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*