Milli Məclis AA seriyalı avtomobilləri satışa çıxardıbackend

Milli Məclis AA seriyalı avtomobilləri satışa çıxardı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 mart tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

KONKRET.az Yeniavaz.com-a istinadən bildirir ki, Milli Məclisin İşlər İdarəsinə məxsus 4 ədəd nəqliyyat vasitəsi hərrac vasitəsi ilə satışa çıxarılıb.

Qeyd edək ki, hərraca çıxarılacaq nəqliyyat vasitələrinin ən ucuzu 6 min 500 manatdan, ən bahalısı isə 8 min 500 manatdan təklif olunacaq.

Start qiyməti 6 min 500 manat olan avtomobil 2006-cı il istehsalı olan “Nissan Maxima”, start qiyməti 8 min 500 manat olan avtomobil isə 2008-ci il istehsalı olan “Nissan Altima” olacaq. Bunlardan başqa start qiyməti 7 min manat olan 2005-ci il istehsalı “Hyundai Sonata” və start qiyməti 7 min 500 manat olan 2003-cü il istehsalı “Mersedes Benz S350” avtomobilləri də satışa çıxarılır.

Qeyd edək ki, satışa çıxarılan avtomobillərdən 3-nün dövlət nömrə nişanı “AA” seriyalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*